Makron: "Fransa hibrid informasiya hücumlarına hazır olmalıdır"

Makron: "Fransa hibrid informasiya hücumlarına hazır olmalıdır"
29.11.2025 02:03 Dünya

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, ölkə hibrid informasiya müharibəsinə hazır olmalıdır.

TodayPress TV xəbər verir ki, o bu haqda öz “X” hesabında bildirib.

"Rusiyanın sabah bizə hücum edəcəyini düşünürəmmi? Xeyr. Amma düşünürəm ki, informasiya müharibəsi, yaxud da deyildiyi kimi, hibrid müharibə var və biz buna hazırlaşmalıyıq", - Makron deyib.

Makron həmçinin bundan qorxmağa ehtiyac olmadığını düşündüyünü bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər