Makron çətin vəziyyətdə qaldı: Ərdoğandan mesaj

Makron çətin vəziyyətdə qaldı: Ərdoğandan mesaj
27.06.2025 10:30 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa şəhərində keçirilən sammiti çərçivəsində Fransa lideri Emmanuel Makronu ictimai zonada çətin vəziyyətə salıb.

TodayPress TV xəbər verir ki, bu barədə görüntülər "Haber Global" nəşrinin "YouTube" kanalında yayımlanıb.

Kadrlarda Ərdoğanın Makronun əlini möhkəmcə sıxaraq onu kəskin şəkildə irəli çəkdiyi aydın görünür. Bu hərəkət nəticəsində dövlət başçıları foto çəkilişdən öncə yerlərini dəyişməli olublar. Makron isə Ərdoğanın ani rəftarından xilas ola bilməyərək mətbuat qarşısında gərgin ifadə ilə dayanmaq məcburiyyətində qalıb.

Hadisə sosial şəbəkələrdə və medianın diqqətində geniş rezonans doğurub.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər