Makron: “Avropa qoşunlarının Ukraynaya göndərilməsi gərginliyi artıracaq”
Dünya
14.02.2026 03:35
“Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi münaqişənin gərginləşməsi demək olardı”.
TodayPress TV xəbər verir ki, bu fikri Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib.
Makron Ukrayna konfrans iştirakçılarından birinin Ukraynaya Avropa qoşunlarının göndərilməsi planları ilə bağlı sualına cavab olaraq bildirib ki, əgər Avropa hazırkı vəziyyətdə Ukrayna ərazisinə qoşun yeritsə, gərginliyin artmasına görə məsuliyyəti öz üzərinə götürəcək.
Makron həmçinin Avropada bu məsələ ilə bağlı fikir birliyinin olmadığını vurğulayıb:
"Bu gün fikir birliyi yoxdur və yerinə yetirə bilməyəcəyim vədlər vermək istəmirəm. Üstəlik, inanıram ki, bu, vəziyyət üzərində nəzarətin itirilməsinə səbəb ola bilər".
Onun sözlərinə görə, Avropa ilk gündən Ukraynaya kömək etmək qərarına gəlib, eyni zamanda Rusiya ilə gərginləşmə prosesində iştirak etməkdən imtina edib.
Aysel Mətləb
tag: Avropa,Ukrayna,Fransa,Makron,Todaypress.tv,
