Macarıstanda seçkilər: Orbanın məğlubiyyət ehtimalı artır
"Polymarket" göstəriciləri Macarıstanda keçirilən seçkilər fonunda hazırkı Baş nazir Viktor Orban üçün məğlubiyyət ehtimalının artdığını göstərir.
TodayPress TV xəbər verir ki bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Aprelin 12-si səhər saatlarında Orbanın vəzifədə qalma ehtimalı 18%-ə düşüb. İstifadəçilər əsasən müxalifət lideri Peter Madyarın qələbəsinə mərc edirlər. Platformanın məlumatına görə, onun qalib gəlmək ehtimalı 80%-ə çatıb.
Axşam saatlarına yaxın isə mərclərdə müəyyən dəyişiklik olub: istifadəçilərin 19%-i Orbanın, 82%-i isə Madyarın qələbəsini proqnozlaşdırıb. Ümumilikdə seçkilərlə bağlı mərclərin həcmi 71 milyon dolları ötüb.
Macarıstanda parlament seçkiləri aprelin 12-də keçirilir. Əsas mübarizə Orbanın rəhbərlik etdiyi Fidesz ilə Madyarın lideri olduğu Tisza Partiyası arasında gedir.
Məlumatlara əsasən, bu seçkilərdə seçici fəallığının rekord səviyyəyə çatdığı bildirilir.
Türkan İsgəndərli