Macarıstanda 5,8 milyard avroluq şübhəli sövdələşmələr üzə çıxdı

Macarıstanda 5,8 milyard avroluq şübhəli sövdələşmələr üzə çıxdı
26.08.2026 22:43 Dünya

Baş nazir Peter Madyarın rəhbərlik etdiyi yeni Macarıstan hökuməti əvvəlki hakimiyyət tərəfindən dövlət vəsaitlərinin ümumilikdə təxminən 6 milyard avro məbləğində qanunsuz xərclənməsi ilə bağlı çoxsaylı halları müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görəə, bununla bağlı prokurorluğa, eləcə də digər hüquq-mühafizə orqanlarına 21 müraciət göndərilib, onlardan 11-i üzrə artıq araşdırmalara başlanılıb.

“Hökumət son iki onillik ərzində dövlət vəsaitlərinin qanunsuz, israfçı və səhlənkar istifadəsi hallarını qətiyyətlə müəyyən etmək niyyətindədir. Vəzifələrinin icrasına başlayan hökumət baş nazirin aparatının və müxtəlif nazirliklərin fəaliyyətinin yoxlanılmasına təşəbbüs göstərib, bundan sonra həmin araşdırmalar zamanı aşkar edilmiş sui-istifadələrlə bağlı çoxsaylı şikayətlər təqdim edib. İndi bu şikayətlərə baxılmasının gedişini mütəmadi olaraq yenilənən internet saytından izləmək mümkündür”, - deyə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, ilkin hesablamalara görə, söhbət 2,1 trilyon forint (5,8 milyard avro) məbləğində sövdələşmələrdən gedir. Onların böyük hissəsi Macarıstanın İxrac-İdxal Bankının iştirakı ilə həyata keçirilib, bəziləri isə xaricdəki layihələrə aid olub. Hökumət bu razılaşmaların bağlanmasında korrupsiya komponentinin mövcudluğunu istisna etmir.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər