Macarıstan XİN: Aİ Rusiya ilə müharibəyə hazırlaşır
Dünya
12.01.2026 17:51
Avropa İttifaqı dəyişən dünyada öz yerini tapa bilmir və Rusiya ilə qarşıdurma yolunu seçir.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O, ABŞ-də Donald Trampın prezidentliyə qayıdışını və sağçı partiyaların güclənməsini beynəlxalq siyasətdə əsas dəyişikliklər kimi qiymətləndirib.
Siyarto Avropanın Brüssel rəhbərliyini təcrid olunmuş və qlobal siyasətdə təsirini itirmiş hesab edir. O, Aİ-nin Ukraynaya hərbi dəstək verməsini, sanksiyalar vasitəsilə hərbi-iqtisadi sistem qurmasını və sosial məsələlərdə “gender və miqrant siyasəti” aparmasını tənqid edib.
Macarıstan hökuməti və Siyarto isə sülh tərəfdarı olduğunu, Ukraynaya qoşun göndərməyəcəyini və ailələri dəstəklədiyini vurğulayıb. Parlament seçkiləri aprel ayında keçiriləcək.
Jalə Rövşən
tag: Macarıstan ,ABŞ ,Avropa İttifaqı ,Peter Sijjarto,Todaypress.tv,
