Macarıstan Ukraynaya elektrik ixracını dayandıra bilər

Dünya

21.02.2026 21:30

Budapeşt Ukraynaya elektrik enerjisi təchizatını dayandırmağı nəzərdən keçirir. 

TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Bekeşşabada keçirilən seçkiqabağı tədbirdə çıxış edərkən məlumat verib. 

Onun sözlərinə görə, bu, Rusiya neftinin Drujba boru kəməri ilə tranzitinin dayandırılmasına cavab tədbiri ola bilər. Orban qeyd edib ki, Ukraynanın elektrik enerjisi təchizatının əhəmiyyətli bir hissəsi Macarıstandan gəlir və onun mümkün kəsilməsi xoşagəlməz nəticələrə səbəb ola bilər: 

“Hazırda diqqətlə araşdırdığım başqa bir məsələ də var, çünki Ukraynanın elektrik enerjisi təchizatının əhəmiyyətli bir hissəsi də Macarıstandan gəlir. Buna görə də, əgər biz bunu dayandırsaq, xoşagəlməz hadisələr baş verə bilər. Hər halda, slovaklar bunu nəzərdən keçirirlər və lazım gələrsə, biz də bu üçüncü əks tədbiri tətbiq edəcəyik”. 

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,Ukrayna,Macarıstan,Orban,Todaypress.tv,