Macarıstan Ukrayna səfirini XİN-ə çağıracaq

Macarıstan Ukrayna səfirini XİN-ə çağıracaq
26.01.2026 22:30 Dünya

Macarıstanın Baş naziri Viktor Orban Kiyevin Budapeştə qarşı təhdidləri ilə əlaqədar Ukrayna səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırıb.

TodayPress TV xəbər verir ki, Macarıstanın baş naziri bu barədə "Facebook" yazıb.

“Biz heç kimə Macarıstanın suverenliyinə və ya ölkədə keçirilən seçkilərin bütövlüyünə xələl gətirməsinə icazə verə bilmərik. Ona görə də bu gün mən xarici işlər naziri Peter Siyartoya Ukraynanın Macarıstandakı səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırdım”, - o qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər