Macarıstan Rusiyadan rekord miqdarda qaz alacaq
Rusiya 2025-ci ildə Macarıstana 6 milyard kubmetr qaz tədarük edib və ilin sonuna qədər yeni rekorda imza atılacaq.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
"Bu il Rusiya təbii qazının Macarıstana tədarükü növbəti dəfə rekord qırıb. İndi bu rəqəm 6 milyard kubmetri keçib, bu, sutkada 21 milyon kubmetrdən artıqdır", - nazir söyləyib.
O vurğulayıb ki, qaz tədarükü Macarıstanın enerji təhlükəsizliyi üçün kritik əhəmiyyətə malikdir və qaz kəsilərsə, ölkənin infrastrukturu kəsiri doldura bilməyəcək.
Jalə Rövşən