Macarıstan Fransa şirkətindən qaz alacaq
Macarıstan Fransanın enerji şirkəti “Engie”dən 4 milyard kubmetr təbii qaz alacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
Nazirin sözlərinə görə, qazın 2028-2038-ci illər ərzində tədarükü planlaşdırılır.
“Bu, Macarıstanın enerji təhlükəsizliyi üçün mühüm dayaq olacaq”, - deyə Siyarto vurğulayıb.
Aysel Mətləb