Macarıstan "Drujba" vasitəsilə neft tədarükünü bərpa etdi

Dünya

22.04.2026 22:00

Macarıstana neft tranziti uzun fasilədən sonra bərpa olunub və ilk həcmlər yaxın gələcəkdə gələ bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka “Facebook” səhifəsində məlumat yayıb.

O qeyd edib ki, "Drujba" boru kəməri ilə neft tədarükünün bərpasına nail olunub. Onun sözlərinə görə, Belarus ərazisindən Ukraynaya neftin tranziti aprelin 22-də bərpa edilib.

"Macarıstanın enerji təchizatı baxımından “Drujba” neft kəmərinin işlək vəziyyətdə olması və ölkəmizin qanuni, ucuz, etibarlı tədarük imkanlarından həqiqətən faydalana bilməsi vacibdir", - deyə Boka vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Macarıstan,Neft,Drujba,Bərpa,TodayPress TV,