Los-Ancelesdə yük avtomobili İrana dəstək aksiyası iştirakçılarını vurdu

Dünya

12.01.2026 10:57

Los-Ancelesdə İran nümayişçilərinə dəstək məqsədilə keçirilən aksiyada yük avtomobili kütlənin üzərinə sürülüb. Nəticədə sürücü saxlanılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə təxminən 3 min nəfərin toplaşdığı Vestvud şəhərində baş verib. 

Şəhər yanğından mühafizə xidmətinin məlumatına görə, maşın bir nəfəri vurub. Lakin, həmin şəxs ciddi xəsarət almayıb. Bundan əlavə, hadisə yerində daha iki nümayişçi tibbi müayinədən keçsə də, onlar həkim yardımından imtina ediblər.

Qeyd edilib ki, yük maşınının sürücüsü polis tərəfindən saxlanılmazdan əvvəl nümayişçilər tərəfindən döyülüb. Los-Anceles polis kapitanının sözlərinə görə, sürücü müxtəlif xəsarətlər alıb. 

Aysel Mətləb

TodayPress TV

tag: Los-Anceles,İran ,Aksiya,Dəstək,Todaypress.tv,