Los-Ancelesdə miqrasiya etirazları toqquşmalara səbəb oldu

Los-Ancelesdə miqrasiya etirazları toqquşmalara səbəb oldu
07.06.2025 10:00 Dünya

Los-Ancelesdə miqrasiya siyasətinə qarşı keçirilən etiraz aksiyaları zamanı nümayişçilərlə çevik polis qüvvələri arasında toqquşmalar baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən miqrasiya siyasətinin sərtləşdirilməsi fonunda ABŞ-nin müxtəlif bölgələrində onlarla insan saxlanılıb.

Etirazçılar polis əməkdaşlarına beton parçası atıblar. Hüquq-mühafizə orqanları buna cavab olaraq gözyaşardıcı qaz və bibər qazı tətbiq ediblər.

Hadisələrin baş verdiyi ərazidə həmin günün əvvəlində ABŞ-də qeyri-qanuni yaşayan şəxslərə qarşı reydlər keçirilmişdi.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər