Londonda nümayişdə 90-dan çox insan saxlanıldı

Londonda  nümayişdə 90-dan çox insan saxlanıldı
11.04.2026 23:00 Dünya
Londonun mərkəzində Fələstin tərəfdarı olan “Palestine Action”u dəstəkləmək üçün təşkil olunan nümayişdə 90-dan çox insan saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə London polis idarəsi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları qadağan olunmuş təşkilatı dəstəklədiklərini bildirdikləri üçün 92 nəfəri həbs ediblər. Həbs olunanların yaşı 27 ilə 82 arasında olub. Polis əməkdaşları həbsləri davam etdirir və bir qrup etirazçının hazırda Trafalqar Meydanında olduğu bildirilir.

Qeyd edək ki, bu, İngiltərə və Uels Ali Məhkəməsinin 13 fevralda “Palestine Action”un qadağan edilməsinin qanunsuz olduğu barədə qərarından bəri ilk etirazdır. Böyük Britaniya hökuməti qərardan apelyasiya şikayəti verib.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər