Livanda qaz pedalından ayağımızı çəkmirik! - Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəsə baxmayaraq Livana təşkil etdikləri hücumlar və "Hizbullah"ın PUA zərbələri barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabı vasitəsilə yayımladığı videomüraciətdə danışıb.
"Hizbullah" ilə müharibə vəziyyətində olduqlarını bildirən Netanyahu bu ifadələri işlədib:
"Livanda qaz pedalından ayağımızı çəkmirik. Doğrudur, bizi pilotsuz uçuş aparatları ilə hədəf alırlar. Bunun üzərində işləyən xüsusi komandamız var və bu problemi də həll edəcəyik. Bu isə bizdən endirdiyimiz zərbələri və onların şiddətini artırmağı tələb edir".
Aysel Mətləb