Livanda həlak olanların sayı 2 mini ötdü

Livanda həlak olanların sayı 2 mini ötdü
11.04.2026 23:50 Dünya

Cari ilin martın 2-dən bəri İsrailin hücumları səbəbindən Livanda həlak olanların sayı 2000 nəfəri ötüb.

TodayPress TV xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin hücumları nəticəsində 2 020 nəfər həlak olub və 6 436 nəfər yaralanıb", - bəyanatda qeyd olunub.

Daha əvvəl bildirilmişdi ki, İsrail və "Hizbullah" arasında eskalasiyanın başlamasından bəri Livanda 1 888 nəfər həlak olub.

Aprelin 9-da Livanın Baş naziri Nəvaf Salam bildirib ki, ölkə hökuməti davam edən İsrail zərbələrinə görə BMT Təhlükəsizlik Şurasına şikayət ünvanlayacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər