Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir

Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir
12.08.2026 16:55 Dünya

Litva Rusiya və Belarusla sərhəd boyunca yeni müdafiə xəndəkləri qazmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, hökumətin qərarına əsasən, patrul yolundan əraziyə doğru 20 metr enində hərəkət əleyhinə xəndəklər salınacaq.

Ordu komandanlığının müəyyən etdiyi əməliyyat zonalarında isə xəndəklərin eni 150 metrə çatacaq.

İşlər Litvanın hərbi əks-hərəkət proqramının genişləndirilməsi çərçivəsində həyata keçiriləcək. Proqram üzrə 2026-2030-cu illərdə əlavə tədbirlərə təxminən 50 milyon avro xərclənməsi planlaşdırılır.

Bundan başqa, Litva sərhəd boyunca mühəndis maneələri üçün anbarların sayını artıracaq. Burada “əjdaha dişləri”, beton maneələr, tikanlı məftillər və digər konstruksiyalar saxlanılacaq.

Hökumət həmçinin əvvəl planlaşdırılan 27 əks-hərəkət parkının sayını 50-yə çatdırmaq qərarına gəlib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər