Litva hərbi təlimlərə başladı

Litva hərbi təlimlərə başladı
18.08.2025 09:16 Dünya

Litvada "Draquno inirsis" (Əjdahanın çılğınlığı) adlı hərbi təlimlər başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin ordu komandanlığı məlumat verib.

Təlimlərdə “Knyaz Butigeidis Dragun” batalyonu iştirak edir. Hərbçilər Klaypedadan Kazlu Rudadakı poliqona 250 km məsafəni qət edərək müdafiə tapşırıqlarını yerinə yetirəcəklər.

Texnikalar mülki yollarla daşınacaq. Təlimlərdə 90-a yaxın döyüş texnikası, o cümlədən "JLTV" zirehli maşınları və pilotsuz uçuş aparatları istifadə olunacaq.

Təlimlər avqustun 26-dək davam edəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər