Lavrov: "Rusiya-Mərkəzi Asiya əməkdaşlığını pozmağa çalışırlar"

Dünya

09.02.2026 09:50

Avropa ölkələri Avrasiya qitəsində öz yanaşmalarını diktə etməyə cəhd göstərirlər.

TodayPress TV "Tass.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Avropa dövlətləri Rusiya ilə Mərkəzi Asiya ölkələri arasındakı təbii qarşılıqlı əlaqələri açıq şəkildə pozmağa davam edir. Lavrov bu fikirləri "NTV" telekanalında yayımlanan “İtogi Nedeli” proqramına müsahibəsində səsləndirib.

“Avropa Avrasiya qitəsində öz yanaşmalarını diktə etməyə çalışmaqda davam edir. Avropalılar Rusiya ilə Mərkəzi Asiya ölkələri, eləcə də Zaqafqaziyadakı dostlarımız arasında mövcud olan təbii qarşılıqlı əlaqə proseslərinə müdaxilə edir və onlara açıq şəkildə zərər vurmağa çalışırlar”, – deyə nazir qeyd edib.

Jalə Rövşən

TodayPress TV

tag: Avropa ölkələri ,Rusiya,Mərkəzi Asiya,Sergey Lavrov,Todaypress.tv,