Lavrov: "Qərb Rusiyanı məğlub edə bilməyəcək"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələri Rusiyaya strateji məğlubiyyət verə bilməyəcək.
TodayPress TV xəbər verir ki, o, bu fikri Qırğızıstanın xarici işlər naziri ilə görüşü zamanı səsləndirib.
Lavrov qeyd edib ki, hazırda Rusiya ilə Qərb arasında görünməmiş qarşıdurma yaşanır və Qərbin əsas məqsədi Rusiyanı zəiflətməkdir.
"Qərb heç vaxt buna nail olmayıb və bu dəfə də bacarmayacaq. Yəqin ki, artıq özləri də bunu hiss etməyə başlayıblar", – deyə nazir vurğulayıb.
Türkan İsgəndərli