Lavrov: “ABŞ açıq bildirir ki, ərazi məsələsi qaçılmazdır”

Lavrov: “ABŞ açıq bildirir ki, ərazi məsələsi qaçılmazdır”
23.05.2025 15:15 Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Birləşmiş Ştatlar Avropa İttifaqından fərqli olaraq Ukrayna münaqişəsində ərazi məsələsinin qaçılmaz olduğunu açıq şəkildə etiraf edir.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

“ABŞ administrasiyasının nümayəndələri artıq açıq şəkildə bildirirlər ki, ərazi məsələsi qaçılmazdır və onu real vəziyyətdən çıxış edərək həll etmək lazım gələcək” deyə Lavrov vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər