Laplandiyada şiddətli şaxtalar turistləri çətin vəziyyətə saldı

Dünya

12.01.2026 18:05

Finlandiyanın Laplandiya əyalətindəki Kittilä şəhərində şiddətli şaxtalar səbəbindən turistlər hava limanında qalıb.

TodayPress TV xəbər veri ki, mövcud vəziyyət təxminən 6200 turistin işini çətinləşdirib.

Temperatur bir neçə gündür -37°C-dən aşağı düşüb, bu da uçuş-enmə zolağının, təyyarələrin və digər avadanlıqların texniki xidmətini çətinləşdirir. Sərnişinlərin təhlükəsizliyi üçün hava limanı rəhbərliyi bütün uçuşları təxirə salıb.

Turistlərin böyük əksəriyyəti Milad və Yeni il üçün Laplandiyaya gələn xarici vətəndaşlardır. Kittilä Hava Limanı həmçinin turistlərin xizək sürmək və şimal işıqlarını seyr etmək üçün getdiyi yaxınlıqdakı kurortlara xidmət göstərir. Normalda yanvarda bölgədə orta temperatur -15°C civarında olur, lakin bu ilki şaxtalar xüsusilə şiddətli olub.

Jalə Rövşən

TodayPress TV 

tag: Laplandiya ,Şaxta ,Turist ,Kittilä ,Todaypress.tv,