Küveytin hava məkanı 43-cü gündür bağlıdır

Dünya

11.04.2026 10:30

Küveytin hava məkanının ən azı daha 12 saat bağlı qalacağı bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a Yaxın Şərqdə hava nəqliyyatının idarə olunması sahəsindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu müddət təxminidir: “Küveytin aviasiya hakimiyyəti uçuşlara qoyulan qadağanı daha 12 saat — UTC vaxtı ilə saat 16:00-a (Moskva vaxtı ilə 19:00) qədər uzadıb. Beləliklə, ölkə səmasının mülki aviasiya üçün bağlanmasının 43-cü günü tamam olur.”

Qeyd edək ki, ABŞ-İran arasında əldə olunan atəşkəsdən sonra Qətər və BƏƏ-nin hava məkanında qismən məhdudiyyətlər hələ də qüvvədə qalır. İraq, Suriya və Bəhreyn isə hava məkanlarını uçuşlar üçün yenidən açıblar. Bəhreyn əvvəlcədən razılaşdırma əsasında təyyarələri qəbul etməyə və tranzit uçuşlara icazə verməyə hazırdır.

Jalə Rövşən 

TodayPress TV

tag: Küveyt,ABŞ-İran,Hava məkanı ,Müharibə ,Todaypress.tv,