Kuryerlərlə idarə olunan İran - Xamenei belə gizlənir
Dünya
25.05.2026 09:18
İranın Ali Rəhbəri Möctəba Xamenei təhlükəsizlik səbəbilə naməlum gizli yerdə gizlənir və xarici dünya ilə əlaqəni əsasən xüsusi kuryerlər vasitəsilə qurur.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Bildirilir ki, bu üsul ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə aparılan danışıqları ləngidir. Mesajların çatdırılması və cavabların geri alınması uzun vaxt tələb edir.
ABŞ rəsmilərindən birinin sözlərinə görə, Xamenei prinsip etibarilə mümkün razılaşmanın ilkin çərçivəsini qəbul edib. Tramp isə yekun cavabın yaxın günlərdə veriləcəyini bildirib.
Məlumata görə, İran daxilində yüksək vəzifəli rəsmilər belə Xameneinin dəqiq yerini bilmirlər və onunla yalnız kuryerlər vasitəsilə əlaqə saxlaya bilirlər. Təhlükəsizlik tədbirlərinin əsas səbəbinin İsrail tərəfindən mümkün sui-qəsd riskindən qorunmaq olduğu qeyd edilir.
Türkan İsgəndərli
tag: İran,Xamenei,Kuryer,ABŞ,Todaypress.tv,
