Kürşad Zorlu: "Zəngəzur dəhlizi ilə bağlı birgə səylərimiz türk dünyası üçün tarixi prosesdir"

Kürşad Zorlu:  "Zəngəzur dəhlizi ilə bağlı birgə səylərimiz türk dünyası üçün tarixi prosesdir"
06.07.2025 00:10 Dünya

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında xüsusilə Zəngəzur dəhlizi ilə bağlı birgə səylərimiz ölkəmiz və türk dünyası üçün tarixi prosesdir.

TodayPress TV xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu “X”dəki hesabında yazıb.

O, qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirak üçün Azərbaycana səfəri zamanı regional hadisələrlə bağlı çox mühüm təmaslar və qiymətləndirmələr aparılıb.

“Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycana təkcə dostluq deyil, həm də qardaşlıq bağı ilə bağlayan “İki dövlət, bir millət” şüarı təsadüfi ifadə deyil. Bunu tarix boyu dəfələrlə sübut etmişik. Şübhəsiz, bunun ən böyük təzahürlərindən biri ən kritik anda çiyin-çiyinə dayanmağımızdır. Dövlət başçımızın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin yan-yana dayanması bu qardaşlığın, qarşılıqlı dəstəyin beynəlxalq aləmdə ritorikadan əlavə, həm də fəaliyyətlə nümayiş etdirilməsinin sübutudur”, - o yazıb.

K.Zorlu bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar açacaq: “Ona görə də biz bu xətti təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın bir hissəsi kimi görürük. Zəngəzur dəhlizinin açılışı həm də türk dünyasını yaxınlaşdıracaq Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açılanda türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Biz Türkiyə olaraq Prezidentimizin rəhbərliyi ilə bu məqsədə doğru əzmlə irəliləməyə davam edəcəyik”.

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər