Kuba prezidenti ABŞ-ni adaya hücumun nəticələri barədə xəbərdar etdi

Dünya

26.01.2026 09:50

Kuba prezidenti və Milli Müdafiə Şurasının sədri Migel Diaz-Kanel hərbi təlimlər zamanı bildirib ki, Havana ölkənin ərazi bütövlüyünü müdafiə etməyə hazırlaşdığı bir vaxtda ABŞ-nin Kubaya qarşı mümkün təcavüzü Vaşinqton üçün baha başa gələcək.

TodayPress TV xəbər verir ki, bu barədə o, təlim iştirakçıları ilə söhbətində məlumat verib.

"Təcavüzdən qaçmağın ən yaxşı yolu imperializmi ölkəmizə hücumun dəyərini hesablamağa məcbur etməkdir və bu, birbaşa bu cür hərbi əməliyyatlara hazırlıq səviyyəmizlə bağlıdır", - deyə ölkə başçısı bildirib.

Qeyd edək ki, Kuba lideri Milli Müdafiə Günü ilə bağlı tədbirlər çərçivəsində tank bölməsinə baş çəkib və orada müxtəlif silah növlərindən istifadə edərək taktiki təlimləri və bölmələrin düşmənlə simulyasiya edilmiş döyüşdə qarşılıqlı təsirini müşahidə edib.

Aysel Mətləb

TodayPress TV

tag: Kuba ,Migel Diaz-Kanel,ABŞ,Hücum,Todaypress.tv,