KTMT-də 10 sənəd imzalandı

KTMT-də 10 sənəd imzalandı
27.11.2025 11:11 Dünya

KTMT-nin Xarici İşlər və Müdafiə Nazirləri Şuralarının, həmçinin Təhlükəsizlik Şurası Katibləri Komitəsinin birgə iclasında 10 sənəd imzalanıb.

TodayPress TV xəbər verir ki, bu sənədlər arasında 2026-2030-cu illər üçün narkotiklərlə mübarizə strategiyası, KTMT baş katibi ilə bağlı qərar layihəsi və təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan digər bəyannamələr yer alır.

İmzalanan sənədlərin hamısı noyabrın 27-də Bişkekdə - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentlərinin qatılacağı KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil ediləcək. Iclasın həm dar, həm də geniş formatda keçirilməsi planlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər