Kruiz gəmisində 134 sərnişin virusa yoluxdu
"Royal Caribbean" şirkətinə məxsus "Navigator of the Seas" adlı kruiz gəmisində 134 sərnişin və 11 ekipaj üzvü virus əlamətləri ilə xəstələnib.
TodayPress TV xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.
Onlarda qusma, ishal və mədə ağrıları müşahidə olunub. Gəmi iyulun 4-də Los-Ancelesdən çıxaraq Meksikanın Puerto Vallarta şəhərinə gedib və iyulun 11-də geri qayıdıb. Gəmidə 5 mindən çox insan olub.
Xəstəliyin norovirusdan qaynaqlandığı ehtimal olunur, lakin dəqiq səbəb hələ müəyyən edilməyib. Hadisədən sonra gəmi tam dezinfeksiya edilib.
Türkan İsgəndərli