Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü

Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü
08.08.2026 21:36 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Moskva ətrafında üç eşelonlu hava hücumundan müdafiə sistemi yerləşdirdiyini bildirib.

TodayPress TV xəbər verir ki, “Ruslar Moskva ətrafında üç eşelonlu hava hücumundan müdafiə sistemi yerləşdiriblər. Belə güclü müdafiə xətti yaratmaq üçün onlar ölkənin geniş ərazisindəki bütün hava hücumundan müdafiə sistemlərini buraya cəmləməli olublar”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, yerləşdirilən sistemlərin sayından asılı olmayaraq, hava hücumundan müdafiə imkanları tədricən tükənir.

Zelenski əlavə edib ki, Ukrayna bu sistemləri dəf etməyə imkan verəcək texnologiyaları axtarmaqda davam edəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər