Kreml Magyarı təbrik etməyəcək

Kreml Magyarı təbrik etməyəcək
13.04.2026 18:15 Dünya

Rusiya Macarıstanda seçkilərin qalibi Peter Magyarı təbrik etməyəcək.

TodayPress TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, Moskva “dost olmayan ölkələrə” təbrik göndərmir.

“Biz dost olmayan ölkələrə təbrik göndərmirik. Macarıstan sanksiyaları dəstəklədiyi üçün belə ölkə hesab olunur”, — deyə Peskov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya daha əvvəl yalnız keçmiş Baş nazir Viktor Orban ilə dialoq aparıb.

Bununla yanaşı, Kreml yeni hökumətlə əlaqələrin davam etdirilməsinə açıq olduğunu bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər