Kreml ABŞ-dən sülh planının yeni variantını aldı
ABŞ Cenevrədə Amerika və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlarda yekunlaşan sülh planının parametrlərini Rusiya ilə bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Əsas parametrlər açıqlanıb və müzakirə gələn həftə Moskvada keçiriləcək ", - deyə Kreml sözçüsü qeyd edib.
Aysel Mətləb