Krasnıy Borda nəhəng anbar vuruldu - VİDEO
Rusiyanın Leninqrad vilayətinin Krasnıy Bor qəsəbəsində yerləşən "Wildberries" (WB) logistika anbarına Ukrayna PUA-ları tərəfindən hücum edilib.
TodayPress TV xəbər verir ki, yerli medianın məlumatına görə, hadisə nəticəsində anbarda yanğın baş verib.
Yerli hakimiyyət orqanları və fövqəladə xidmətlər əraziyə cəlb olunub. Zərərçəkənlər barədə rəsmi məlumat açıqlanmayıb.
Türkan İsgəndərli