Kostanyan: “Ermənistanın anti-Rusiya qalasına çevrilmək planı yoxdur”

Kostanyan: “Ermənistanın anti-Rusiya qalasına çevrilmək planı yoxdur”
23.04.2026 00:58 Dünya

Ermənistan Xarici İşlər nazirinin müavini Vaan Kostanyan İrəvanın anti-Rusiya qalasına çevrilmək niyyətində olmadığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Ermənistan mediası məlumat yayıb.

"Biz bütün istiqamətlər üzrə münasibətlərimizi dərinləşdiririk. Anti-Rusiya qalasına çevrilmək kimi heç bir planımız yoxdur. Gündəmimizdə belə bir məsələ yoxdur", - deyə Kostanyan efirdə bildirib.

O qeyd edib ki, mayın 3-4-də İrəvanda Avropa Siyasi Birliyinin sammiti, o cümlədən ilk Ermənistan-Aİ sammiti keçiriləcək. Sözügedən tədbirlərə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen həmsədrlik edəcəklər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər