Körpələrin də olduğu təyyarə burulğana düşdü - Xəsarət alanlar var
“Air India” aviaşirkətinin Pxuketdən Delhiyə uçan AI379 reysi zamanı təyyarə güclü hava burulğanına düşüb.
TodayPress TV xəbər verir ki, NDTV-nin məlumatına görə, təyyarənin göyərtəsində 3 körpə də daxil olmaqla 137 sərnişin və 8 ekipaj üzvü olub.
İnsident zamanı 17 nəfər, o cümlədən 4 ekipaj üzvü xəsarət alıb.
Təyyarə daha sonra Delhiyə uğurla eniş edib. Sərnişin və ekipaj üzvlərinin hamısı təyyarəni təhlükəsiz şəkildə tərk edib.
Kübra Musayeva