Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır

Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır
23.06.2026 22:50 Dünya

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı müharibənin başlanmasından bəri Körfəzdə köməksiz vəziyyətdə qalmış 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Arsenio Dominqes bəyanatında bildirib.

"Minlərlə təqsirsiz dənizçi üçün aylarla davam edən çətinlik və sıxıntılardan, həmçinin bütün dünyaya mənfi təsirlərdən sonra, ABŞ ilə İran arasında dəniz təhlükəsizliyinin bərpası və mülki gəmiçiliyə qarşı qəbuledilməz hücumların dayandırılması istiqamətində həlledici addım olan sülh sazişinin bağlanmasını dərindən məmnunluq hissi ilə alqışlayıq.

Bu irimiqyaslı əməliyyat İran, Oman, regionun digər sahilyanı dövlətləri, ABŞ və dənizçilik sənayesi ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək. Biz bu əməliyyatları dəstəkləmək üçün zəruri təhlükəsizlik təminatlarını əldə etmişik və təhlükəsiz naviqasiya şərtlərini tam şəkildə yoxlamışıq", - deyə məlumatda qeyd olunub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər