Korçunov: "NATO Rusiyanı dəniz blokadasına salacaq"

Dünya

14.02.2026 09:20

NATO ölkələri Rusiyaya qarşı qismən və ya tam dəniz blokadası tətbiq etməyi, eləcə də Baltik–Arktika bölgəsini faktiki olaraq hərbiləşdirilmiş zonaya çevirməyi müzakirə edirlər. 

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kanadadakı səfiri Nikolay Korçunov "RİA"ya müsahibəsində bildirib.  

Bundan əvvəl "Bloomberg" yazmışdı ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Baltik və Şimali Avropa ölkələrindən olan həmkarları ilə Rusiyanın “kölgə donanması” ilə əlaqəli ola biləcək tankerlərin saxlanılması məsələsini müzakirə edib.

Yanvarın 7-də Böyük Britaniyanın Müdafiə Nazirliyi ABŞ hakimiyyətinin müraciəti əsasında Rusiyaya məxsus “Mariner” neft tankerinin saxlanılmasına dəstək göstərib.

Yanvarın 12-də Böyük Britaniya Nazirlər Kabinetinin Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən gəmilərin saxlanılması üçün ordudan istifadə etməyə hüquqi əsas hazırladığı bildirilib.

Yanvarın 22-də Fransa Prezidenti Emmanuel Makron Murmanskdan Aralıq dənizinə doğru hərəkət edən neft tankerinin saxlanıldığını açıqlayıb. Saxlanmanın səbəbi mövcud beynəlxalq sanksiyaların pozulması ilə bağlı şübhələr olub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bəyan edib ki, gəmiçilik azadlığına hər hansı müdaxilə qəbuledilməzdir və Rusiya öz gəmilərini qorumaq üçün bütün zəruri tədbirləri görəcək. 

Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Xüsusi Qayıq Bölməsinin iştirakı ilə Rusiyanın “kölgə donanmasına” aid tankerlərin saxlanılması məqsədilə xüsusi təyinatlı qüvvələrə təlim keçirildiyi də bildirilmişdi.

TodayPress TV

Jalə Rövşən

tag: NATO,Rusiya,Blokada ,Nikolay Korçunov,Todaypress.tv,