Köpəkbalığı insanlara hücum etdi

Dünya

28.11.2025 19:00

Avstraliyada bir kişi sevgilisini köpəkbalığının hücumundan xilas etmək üçün həyatını təhlükəyə atıb.

TodayPress TV xəbər verir ki, nəticədə qadın ölüb, kişi yaralanıb. 

Hadisə 27 noyabr Kailis çimərliyində baş verib. 3 metr uzunluğunda öküz köpəkbalığı İsveçrəli 26 yaşlı Lukas Şindler və 25 yaşlı Livia Mülheim cütlüyünə hücum edib. Köpəkbalığı əvvəlcə Mülheimin sol qolunu dişləyib. Şindler, ixtisaslı dalğıc təlimatçısı olaraq, sevgilisinin köməyinə qaçıb, köpək balığını iki dəfə vurub və sağ ayağından xəsarət alıb.

Mülheim sahildə qanaxma nəticəsində ölüb, Şindler isə yoldan keçən bir şəxsin yardım etməsi ilə turniket qoyularaq sağ qalıb.

Polis çimərliyi bağlayıb və köpək balığını izləmək üçün dronlar yerləşdirib. Səlahiyyətlilər İsveçrənin Sidneydəki Baş Konsulluğu və cütlüyün qohumları ilə əlaqə saxlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Köpəkbalığı,Çimərlik,Avstraliya,Hücum,Todaypress.tv,