Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir

Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir
11.08.2026 17:31 Dünya

Kolumbiyanın qərbində 7,4 bal gücündə zəlzələdən sonra yeraltı təkanlar davam edir.

TodayPress TV xəbər verir ki, ölkənin Geoloji Xidmətinin məlumatına görə, son saatlarda daha 5 zəlzələ qeydə alınıb.

Onlardan 3-ü Çoko departamentində baş verib. Ən güclü iki təkanın maqnitudası 3,6 bal olub.

Xatırladaq ki, avqustun 10-da Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində çoxsaylı binalar dağılıb, yollar və digər infrastruktura ciddi ziyan dəyib.

Hazırda xilasedicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirirlər. Bölgədə vəziyyətin mürəkkəb olması və davam edən təkanlar xilasetmə işlərini çətinləşdirir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər