Kolumbiyada zəlzələ səbəbindən hava limanları BAĞLANDI

Kolumbiyada zəlzələ səbəbindən hava limanları BAĞLANDI
10.08.2026 18:43 Dünya

Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində Pereyra, Manisales, Kibdo və Buenaventura hava limanlarının fəaliyyəti dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kolumbiyanın Mülki Aviasiya İdarəsinin (Aerocivil) sosial şəbəkələrdəki məlumatında bildirilib.

"Təhlükəsizlik məqsədilə infrastrukturun struktur zədələnmələrinin qiymətləndirilməsi aparılana qədər bu hava limanlarında uçuşlar dayandırılacaq", - deyə məlumatda qeyd olunub.

"Bluradio" radiostansiyasının məlumatına görə, Kolumbiya Prezidenti Abelardo de la Esprielya hökumətin fəaliyyətinin koordinasiyasını bilavasitə öz üzərinə götürüb.

"Fövqəladə halla bağlı ilk açıqlamalarında prezident Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Komitənin dərhal çağırılması barədə göstəriş verdiyini və Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bölmə (UNGRD) ilə birgə vəziyyətin qiymətləndirilməsinə başladığını bildirib", - deyə radiostansiya açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər