Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir
Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələdə həyatını itirənlərin sayı 234-ə çatıb.
TodayPress TV xəbər verir ki, Kolumbiya Paytaxtlar Birliyi məlumat yayıb.
Açıqlamaya görə, 1 310-dan çox insan yaralanıb, 2 700 nəfərin itkin düşməsi ilə bağlı müraciət daxil olub.
Məlumata əsasən, zəlzələ nəticəsində ən çox insan itkisi və maddi zərərin qeydə alındığı Pereira, Kali, Kivdo, Manizales və Armenia şəhərlərində qırmızı həyəcan siqnalı elan edilib, təhlükəsizlik məqsədilə komendant saatı tətbiq olunub.
Aysel Mətləb