Kolumbiyada üç günlük matəm elan olundu
Kolumbiyada dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə üç günlük milli matəm elan olunub.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, ölkə hökumətinin qərarına əsasən, matəm günlərində dövlət qurumlarının binalarında, eləcə də Kolumbiyanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında dövlət bayraqları yarıya qədər endiriləcək.
Qeyd edək ki, avqustun 10-da Kolumbiyanın qərbində yerləşən Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, təbii fəlakət nəticəsində azı 240 nəfər həyatını itirib.
Jalə Rövşən