Kolumbiyada iki terror aktı - 20-yə yaxın adam öldü

Kolumbiyada iki terror aktı - 20-yə yaxın adam öldü
22.08.2025 23:00 Dünya

Kolumbiyada bomba yüklü avtomobilin partladılması və polis helikopterinə hücum nəticəsində azı 17 nəfər ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, ölkə Prezidenti Qustavo Petro hər iki hücuma görə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) ləğv edilmiş dissidentlərinin məsuliyyət daşıdığını bildirib.

Səlahiyyətlilərin məlumatına görə, kokain istehsalı üçün xammal olan koka plantasiyalarını ləğv etmək üçün Kolumbiyanın şimalındakı Antyokiya departamentinə əməkdaşları daşıyan helikopterə pilotsuz uçuş aparatı ilə hücum edilib, hücum nəticəsində azı 12 polis əməkdaşı ölüb.

Bu arada ölkənin cənub-qərbində yerləşən Kali şəhərinin səlahiyyətliləri partlayıcılarla dolu avtomobilin hərbi aviasiya məktəbinin yaxınlığında partlaması nəticəsində 5 nəfərin öldüyünü, 30-dan çox insanın yaralandığını bildirib.

Kolumbiya Hərbi Hava Qüvvələri partlayışla bağlı mediaya əlavə məlumat verməyib

XƏBƏR LENTİ
31 MAY 2026
Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Bütün Xəbərlər