Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər - YENİLƏNDİ

Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər - YENİLƏNDİ
10.08.2026 22:53 Dünya

Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində 111 nəfər həlak olub.

TodayPress TV "BluRadio"ya istinadən xəbər verir ki, bu barədə ölkə hakimiyyəti məlumat yayıb. 

Son məlumatlara görə, ölkənin müxtəlif regionlarında yüzlərlə sakin xəsarət almış və itkin düşmüş hesab olunur. Qeyd edək ki, hökumət dağıdıcı zəlzələ ilə əlaqədar ümummilli miqyasda fövqəladə vəziyyət rejimi elan edib. Müvafiq qərarı Kolumbiya Prezidenti Abelardo de la Esprielya qəbul edib.

xxx

Kolumbiyanın qərbində baş verən zəlzələ nəticəsində 70-dən çox insan həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə "BluRadio" məlumat yayıb.

Ölkənin Risaralda departamentinin qubernatoru Xuan Dieqo Patinyo bildirib ki, yalnız bu regionda 42 nəfər həyatını itirib.

Aysel Mətləb

TodayPress TV

xxx

Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "BluRadio" məlumat yayıb.

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər