Kiyevin hücumlarından sonra Rusiyanın ən böyük limanı məhdudiyyətlərlə işləyir
Dünya
14.04.2026 07:35
Ukrayna dron hücumlarından sonra Rusiyanın Qara dənizdəki ən böyük limanı olan Novorossiyskdən neft ixracı məhdud olaraq qalır, iki mühüm körpü hələ də fəaliyyətini bərpa etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, söhbət "Şesxaris" terminalındakı, adətən "Suezmax" və "Aframax" sinfinə aid iri tankerlərə xidmət edən 1 və 1a nömrəli körpülərdən gedir. Peyk görüntülərinə və gəmiçilik sahəsindəki mənbələrə görə, həmin körpülər boş qalmaqda davam edir.
Hazırda yükləmə yalnız daha kiçik, "Aframax" tipli gəmiləri qəbul edə bilən 2 nömrəli körpüdə həyata keçirilir. Bu, limanın neft ixracı imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Aysel Mətləb
tag: Ukrayna,Rusiya,Qara dəniz,Körpü,TodayPress TV,
