Kiyev çağırış etdi: Putini dayandırmaq sizin əlinizdədir

Kiyev çağırış etdi: Putini dayandırmaq sizin əlinizdədir
18.11.2026 15:47 Dünya

Ukrayna Rusiya ilə münaqişənin başa çatdırılması üçün ABŞ və Çinin Moskvaya təsir imkanlarından istifadə edəcəyinə ümid edir.

TodayPress TV xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bu barədə “Ukrinform” agentliyinə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin üçtərəfli görüşü zamanı Vaşinqton və Pekin Moskvanı münaqişəni dayandırmağa təşviq etmək imkanından yararlana bilər.

Sibiqa iddia edib ki, ABŞ və Çin Ukrayna ilə münaqişə kontekstində Rusiyaya həlledici təsir imkanlarına malikdir. O, üçtərəfli görüşdə müzakirələrin məhz bu istiqamətdə aparılacağına ümid etdiyini bildirib və Rusiyaya təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

Ukraynanın xarici işlər naziri, həmçinin ölkəsi ilə bağlı heç bir qərarın Ukraynanın iştirakı olmadan qəbul edilə bilməyəcəyini deyib. Onun fikrincə, hərbi əməliyyatların dayandırılması ABŞ və Çinin də qlobal maraqlarına uyğundur. Çünki söhbət Avropada sabitliyin bərpasından, ədalətli və davamlı sülhün təmin olunmasından gedir.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər