KİV: Mertsın fəaliyyətindən narazılıq səviyyəsi rekord həddə çatdı
Dünya
12.04.2026 05:35
Almaniyada yanacaq qiymətlərinin artması fonunda xalqın kansler Fridrix Mertsin fəaliyyətindən narazılıq səviyyəsi yeni rekord həddə - 70 faizə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bild" qəzetinin sifarişi ilə "INSA" institutu tərəfindən keçirilən rəy sorğusunun nəticələrində məlumat verilib.
Sorğu iştirakçılarının yalnız 21 faizi hökumət başçısının işini müsbət qiymətləndirib ki, bu da mütləq antirekorddur. Daha 9 faiz isə cavab verməkdə çətinlik çəkib.
Almaniya vətəndaşlarının 73 %-i XDİ/XSİ bloku və Almaniya Sosial-Demokrat Partiyasının daxil olduğu hökumətin fəaliyyətindən narazıdır, yalnız 20 %-i onu müsbət qiymətləndirir, daha 7 %-i isə öz mövqeyini müəyyənləşdirməyib.
Aysel Mətləb
tag: Almaniya,Fridrix Merts,Rekord,TodayPress TV,
