KİV: İran Hörmüz boğazında yerləşdirdiyi minaları tapa bilmir
Dünya
11.04.2026 13:11
"İran Hörmüz boğazını açmaqda çətinlik çəkir, çünki yerləşdirdiyi dəniz minalarını tapa bilmir".
TodayPress TV xəbər verir ki, bunu ABŞ rəsmiləri “The New York Times"a verdiyi məlumata bildirib.
Qeyd olunub ki, İran Hörmüz boğazında gəmi hərəkətini tam bərpa edə bilmir. Səbəb isə mart ayında tələsik şəkildə yerləşdirilən dəniz minalarının hamısının tapılmaması və onların təmizlənməsi üçün kifayət qədər texniki imkanların olmamasıdır.
Bildirilib ki, İran minaları kiçik qayıqlarla qeyri-dəqiq və nizamsız şəkildə yerləşdirib. Bütün minaların dəqiq koordinatları qeydə alınmayıb, bəziləri isə axın nəticəsində ilkin mövqelərindən kənara sürüşüb.
Bu vəziyyət İranın Donald Tramp administrasiyasının tələblərinə, yəni, boğazdan daha çox gəmi keçidinə icazə verilməsinə operativ cavab verməsini çətinləşdirir.
ABŞ rəsmiləri vurğulayırlar ki, boğazda hazırda yalnız məhdud “təhlükəsiz” marşrutlar mövcuddur. Tam açılış isə mümkün deyil, çünki həm İranın, həm də digər ölkələrin dəniz minalarını sürətlə təmizləmək üçün kifayət qədər texnoloji imkanları yoxdur.
Bu hadisə İran üçün “özünə vurulan zərbə” kimi qiymətləndirilib.
Jalə Rövşən
tag: Hörmüz, İran,ABŞ, Donald Tramp,
