KİV: ABŞ yüzlərlə əsgəri yenidən yerləşdirir

KİV: ABŞ yüzlərlə əsgəri yenidən yerləşdirir
21.02.2026 20:30 Dünya

ABŞ hakimiyyəti Qətər və Bəhreyndəki bazalardan yüzlərlə əsgərini yenidən yerləşdirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb. 

Məlumata görə, ABŞ-nin mümkün hücumuna qarşı İranın potensial cavab zərbəsi Qətər və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərini təhdid edə bilər. Hazırda Yaxın Şərqdə 13 hərbi baza və 30.000-40.000 əsgər var. Qəzet izah edib ki, bölgədəki iki ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi İrandan təhlükəsiz məsafədə yerləşdirilib. 

Nəşr xatırladıb ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə yazdığı məktubda Tehranın respublikaya hücum ediləcəyi təqdirdə bölgədəki düşmən qüvvələrin bütün bazalarını, obyektlərini və aktivlərini qanuni hədəf hesab edəcəyini bildirib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər