Kir Starmer Trampla Ukraynada atəşkəsi müzakirə etdi

Kir Starmer Trampla Ukraynada atəşkəsi müzakirə etdi
24.01.2026 23:50 Dünya

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynadakı atəşkəs məsələsini müzakirə edib.

TodayPress TV xəbər verir ki, tərəflər bu istiqamətdə irəliləyişin vacibliyi ilə razılaşıblar.

Danışıq zamanı Starmer Ukraynanın beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənməsinin və Rusiyanın hücumlarından qorunmasının əhəmiyyətini vurğulayıb. Liderlər eyni zamanda Arktikada təhlükəsizliyin gücləndirilməsi mövzusuna da toxunublar. Britaniya Baş naziri bunun hökuməti üçün prioritet məsələ olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl BƏƏ-də Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqların ikinci günü başa çatıb. Üç saatdan çox davam edən görüşlərdə münaqişənin sona çatdırılması üçün mümkün formatlar və təhlükəsizlik şərtləri müzakirə olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər