Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu!

Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu!
07.08.2026 18:40 Dünya

KXDR Rusiyanın Ukraynaya qarşı müharibəsindən təxminən 22 milyard dollar qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya lideri Kim Çen Inın gəlirləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra kəskin artıb. O, 2022–2025-ci illər ərzində xarici mənbələrdən 22 milyard dollar gəlir əldə edib.

"KXDR son 35 ildə heç vaxt indiki qədər güclü mövqedə olmayıb", - deyə Korea Risk Group konsaltinq şirkətinin direktoru Andrey Lankov bildirib.

Onun sözlərinə görə, Rusiyaya silah satışından əldə olunan gəlirlər "lotereyada udulmuş böyük mükafata" bənzəyir.

Nəşrin məlumatına görə, Kim Çen In beynəlxalq bank sistemindən təcrid olunduğu üçün bu gəlirlərin əhəmiyyətli hissəsi Şimali Koreyadan kənarda qalır. Həmçinin bəzi ödənişlər pul şəklində deyil, mal və texnologiyaların ötürülməsi yolu ilə həyata keçirilir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər